Bu təlim proqramı SƏTƏM (Səhiyyə, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) mütəxəssislərinin yerli qanunvericilik, beynəlxalq standartlar və praktiki risklərin idarə olunması sahəsində peşəkar bilik və vərdişlərə yiyələnməsi üçün nəzərdə tutulub.
Modul 1: Qanunvericilik, Beynəlxalq Standartlar və İdarəetmə Sistemləri
- Hüquqi baza: Azərbaycan Respublikasının Əmək Məcəlləsi və SƏTƏM üzrə normativ-hüquqi aktlar.
- Beynəlxalq standartlar: ISO 45001 (Əməyin Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemi) və ISO 14001 (Ətraf Mühiti İdarəetmə Sistemi) standartlarının əsasları.
- SƏTƏM siyasəti və sənədləşmə: Müəssisədə SƏTƏM təlimatlarının, prosedurların və daxili qaydaların hazırlanması.
Modul 2: Risklərin Qiymətləndirilməsi və İdarə Edilməsi - Təhlükələrin müəyyən edilməsi: İş yerində fiziki, kimyəvi, bioloji, ergonomik və psixososyal təhlükə mənbələri.
- Risk analizi metodologiyaları: Risk matrisinin qurulması, HA
ZID, HAZOP və JSA (Job Safety Analysis – İşin Təhlükəsizlik Analizi) tətbiqi. - Nəzarət tədbirləri: Risklərin azaldılması iyerarxiyası (kənarlaşdırma, əvəzetmə, mühəndislik nəzarəti, inzibati nəzarət, FMV).
Modul 3: Peşə Təhlükəsizliyi və Təhlükəli İşlərin İdarə Olunması - İşə icazə sistemi (PTW – Permit to Work): Yüksəklikdə iş, qapalı sahələrə giriş, isti işlər (qaynaq/kəsmə) və qazıntı işləri üçün icazə formalarının tərtibi.
- İzolasiya sistemi (LOTO – Lockout/Tagout): Enerji mənbələrinin bloklanması və etiketlənməsi prosedurları.
- Fərdi və Kollektiv Mühafizə Vasitələri (FMV/KMV): FMV-lərin doğru seçilməsi, saxlanması və istifadəsinə nəzarət.
Modul 4: Hadisələrin Tədqiqi, Hesabatlılıq və Təcili Hallar - Bədbəxt hadisələrin tədqiqi: Qəza və “az qala” (Near-Miss) hadisələrinin köklü səbəb analizi (Root Cause Analysis – RCA).
- Fövqəladə hallara hazırlıq: Yanğın təhlükəsizliyi, təxliyə planları və illik simulyasiya (drill) təlimlərinin təşkili.
- Təftiş və audit: İş yerlərində gündəlik SƏTƏM yoxlamalarının keçiilməsi və audit hesabatlarının hazırlanması.
Modul 5: Ekologiya, Sənaye Gigiyenası və SƏTƏM Mədəniyyəti - Ətraf mühitin mühafizəsi: Tullantıların idarə olunması (təhlükəli/təhlükəsiz), emissiya nəzarəti və torpaq/su çirklənməsinin önlənməsi.
- Peşə xəstəlikləri və ergonomika: İş yeri ergonomikası, səs-küy, toz və işıqlanma dərəcələrinin normativlərə uyğunluğunun ölçülməsi.
- Kommunikasiya və təlimlər: Təhlükəsizlik mədəniyyətinin formalaşdırılması, giriş (Induction) və Tool-box (TBM) təlimlərinin aparılması.
Təlim Formatı və Qrafiki - Müddət: 1-2 ay (Ümumi 40-60 saat).
- Format: Nəzəri mühazirələr, keys-stadi (real qəza nümunələrinin analizi), sənəd hazırlığı və praktiki simulyasiyalar.
- Qiymətləndirmə: Nəzəri test, praktiki Risk Qiymətləndirməsi tapşırığı və TBM təqdimatı.

