Dərzilik kursu geyim tikilişi və dizaynı sahəsində peşəkar bilik və praktiki bacarıqlar əldə etmək istəyənlər üçün nəzərdə tutulub. Kurs müddətində iştirakçılar parça növlərini tanımağı, ölçü götürməyi, lekal hazırlamağı, parçaların biçilməsini, tikiş maşınlarından düzgün istifadəni və müxtəlif geyimlərin tikilməsini öyrənirlər.
Tədris prosesi nəzəri biliklərlə yanaşı, praktiki məşğələlər əsasında təşkil olunur. İştirakçılar qadın, kişi və uşaq geyimlərinin hazırlanması, geyimlərin təmiri və ölçüyə uyğunlaşdırılması üzrə bacarıqlar əldə edirlər.
Kursun məqsədi: İştirakçıları dərzilik sənətinə yiyələndirmək, müstəqil geyim hazırlamaq və tikiş sahəsində peşəkar fəaliyyət göstərmək üçün zəruri bilik və bacarıqlarla təmin etmək.

