(Müddət 2 ay)
Vəzifə və cavabdehliklər:
• Servis öncəsi ilkin hazırlıqlar çalışmasının həyata keçirilməsi.
• Tabelikdə olan və rəhbər heyət arasında işgüzar əlaqələrin yaradılması.
• Ofisiant köməkçilərinin iş və vəzifə bölgüsünün ədalətli şəkildə təşkil olunması.
• Ofisiant köməkçilərinin geyimlərinin və şəxsi gigiyenalarının yoxlanılması.
• Ofisiant köməkçilərinin iş və vəzifələrini əksiksiz, doğru və vaxtında yerinə yetirmələrinin nəzarətdə saxlanılması.
• Restoran ləvazimatlarının servisə hazırlanması
• Servis ərazilərinin təmizliyinə riayət etmək.
• İstifadə edilən bütün ləvazimatların təmizliyinə və sazlığına diqqətin yetirilməsi.
• Servis əsnasında istifadə olunacaq ləvazimatların öncədən təmin olunması.
• Masada olması gərəkən ləvazimatların
hazırlanması.
• Qonaqların istək və şikayətləri ilə yaxından maraqlanmaq.
• Restoran ləvazimatlarının düzgün istifadə olunmasına və qorunmasına xüsusi diqqətin yetirilməsi.
• Qonaqlara restoranın standartlarına və onların xüsusi istəklərinə uyğun servisin təşkil olunması.
• Qonaqların Restoranda unutduqları əşyaların rəhbər heyətə çatdırılması.
• Qonaqlarla uyğunsuz dialoqlara girməkdən yayınmaq.
• Qonaqlara, iş yeri və özü ilə bağlı şəxsi sualları cavablandırmaqdan yayınmaq.
Kursu bitirənlərə beynəlxalq diplom və sertifikatlar verilir.